imageflower

Qablaşdırma

Yükün daşınması prosesinin təşkili böyük zaman və enerji sərfi tələb edir. Bu zaman qabın düzgün markalanması və qablaşdırılması böyük əhəmiyyət kəsb edir ki, bu da gələcəkdə çox sayda əlavə problemlərdən azad olmağa imkan verir. Yüklər adətən tarada, tarasız və ya ayrı-ayrı hissələri qablaşdırılmaqla daşınır. Bəzən belə alınır ki, əsas taradan başqa əlavə qablaşdırma tələb olunur. Bu zaman malın zədələnmədən qorunmasını artıran və yükləmə/boşaltma əməliyyatlarını daha rahat edən xüsusi materiallar və bərkidicilər tətbiq edilir.

Yüklərin qablaşdırılması

- İstehlak qablaşdırması – malın alıcıya çatdırıldığı ilkin qablaşdırma.

- Əlavə – xarici təsirlər, məsələn, atmosfer hadisələrindən müdafiə vasitəsi kimi çıxış edən, qutular və ya örtüklər şəklində qablaşdırma.

- Nəqliyyat qablaşdırması – mexaniki təsirlərdən müdafiə vasitəsi kimi xidmət edir. Bu taxta, metal, karton və ya polietilen qutular, eləcə də çəlləklər və s. aid olduğu möhkəm taradır.

Yükün müxtəlif xarakterli zədələnmələrdən müdafiəsi üçün qablaşdırmadan başqa yükün saxlanılması, daşınması və yüklə davranma qaydalarına riayət olunmalıdır.

Yüklərin qablaşdırması yükləmə zamanı malın artıq yer tutmaması, yükləməyə çətinlik yaratmaması üçün bəzi tələblərə cavab verməli, eləcə də qablaşdırma əmtəə görünüşünə malik olmalı və daşınma sona çatdıqdan sonra bu görünüşü itirməməlidir. Tara üçün müəyyən edilmiş müxtəlif şərtlərə əsasən qablaşdırma ilə bağlı ümumi qəbul edilmiş tələblər standartı işlənilib hazırlanmalıdır.

Qablaşdırmaya malın markası vurulmalıdır. Malın markalanması – qablaşdırmaya insanların yükün xarakteri haqqında məlumatlandırılması üçün nəzərdə tutulmuş xüsusi işarələrin vurulmasıdır. Markalanma olduqda sənədlərin müvafiqliyini yoxlamaq, eləcə də daşıyıcını yükün daşınma və saxlanma qaydaları və şərtləri haqqında məlumatlandırmaq mümkündür.

Yükün markalanmasına alıcı haqqında çatdırılma ünvanı, alıcının adı, alıcının ünvanı, kütlə və ölçülər, ümumi yer sayı, yük yerinin nömrəsini ehtiva edən informasiya daxildir. Bundan başqa, malın saxlanılma və daşınması qaydalarına işarə edən xəbərdaredici işarələr göstərilir.

Yükün çatdırılmasının problemsiz və daha az sayda zədələnmə ilə baş tutması üçün yükün qablaşdırılma və markalanmasına müəyyən edilmiş qaydalara əsasən məsuliyyətli yanaşmaq lazımdır.

imageflower

Fəhlə xidməti

Nəqliyyat və onun təchizatı, əlbəttə ki, yük daşımalarının təşkili zamanı böyük əhəmiyyətə malikdir, lakin burada yükləyicilər də az rol oynamır. Onların təhlükəsizliyi 90% əşyalarınızın avtomobildən kənarda daşınmasını həyata keçirənlərin bilik və vərdişlərindən asılıdır. Dar qapılar, iti tinlər, işləməyən lift və narahat pilləkən keçidləri – biz iri və ya ağır əşyaların daşınması ilə bağlı istənilən vəzifəni həll edirik.

Şirkətimizdə ən yaxşı yükləyicilər işləyir. Şirkətin ştatı yalnız ixtisaslı kadrlardan ibarətdir və ən müxtəlif biznes sahələri və məişətlə bağlı böyük sifariş axını sayəsində biz öz ustalığımızı daima təkmilləşdirərək, nəqliyyat xidmətlərinin yerinə yetirilməsini praktik olaraq avtomatizm həddinə gətiririk.

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması

Siz bir, iki, üç yükləyici və ya bütöv bir briqada dəvət edərək, əşyalarınızın daşınmasını sifariş edə bilərsiniz! Biz nəinki müxtəlif yük tipləri ilə düzgün davranmağı bacarır, həm də komandada əla işləyərək, çox zaman bir-birimizi bir sözdən başa düşürük. Bu, istər adi mənzil köçürülməsi, istərsə də malların anbara çatdırılması xidmətinin təşkil olunması zamanı yükləmə-boşaltma işlərinin yüksək sürətlə yerinə yetirilməsini təmin edir.

Biz həftədə 7 gün işləyirik, buna görə də yükləyicilərlə avtomobil Sizə uyğun olan istənilən vaxt – istər iş günündən sonra axşam, istərsə də gün çıxmamış səhər tezdən təqdim oluna bilər. İstəyinizə görə Siz həmçinin yük nəqliyyatını icarəyə götürmədən yalnız mütəxəssislərin xidmətini sifariş edə bilərsiniz, məsələn evdə əşyaların yerini dəyişmək və ya tikinti tirini pilləkənlə qaldırmaq üçün.

Servisin yüksək keyfiyyətinə baxmayaraq, qiymətlər hamı üçün münasibdir, lakin bir sıra amillərdən asılıdır: işin müddəti, konkret əşyaların spesifikası, yük liftinin olmadığı halda endirilən və ya qaldırılan mərtəbələrin sayı və s.

Əlavə məlumat üçün operatorla əlaqə saxlamanız xahiş olunur.

imageflower

Yükdaşıma xidməti

Biz respublikanın istənilən şəhərinə yüklərin daşınmasını həyata keçiririk. Biz sağ-salamat və ən qısa zamanda çatdırılmasına zəmanət veririk. Şirkətimiz həm fiziki, həm də hüquqi şəxslərlə işləyir. Daşımalarınız üçün optimal variantı seçmək üçün bizimlə əlaqə saxlayıb məsləhətləşə bilərsiniz. Biz respublikanın istənilən şəhərinə yüklərin daşınmasını həyata keçiririk. Biz sağ-salamat və ən qısa zamanda çatdırılmasına zəmanət veririk. Şirkətimiz həm fiziki, həm də hüquqi şəxslərlə işləyir. Daşımalarınız üçün optimal variantı seçmək üçün bizimlə əlaqə saxlayıb məsləhətləşə bilərsiniz.

Şirkətimizlə əməkdaşlığın üstünlükləri:

- Yüklərin respublika üzrə istənilən yaşayış məntəqəsinə çatdırılması;
- Daşınan yükün xüsusiyyətinə uyğun nəqliyyatın seçilməsi;
- Bütün məsələlər üzrə şirkətimizin mütəxəssislərinin məsləhətləri;
- Ən qısa zamanda yüklərin daşınması;
- Daşınma zamanı nəqliyyatın hərəkətinə nəzarət.